• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Şəmkirdə 16 yaşlı qıza qarşı cinsi zorakılıq edilib? - DİN hərəktə keçdi

HADİSƏ

13 Aprel 2021 | 13:23

Şəmkirdə 16 yaşlı qıza qarşı cinsi zorakılıq edilib? - DİN hərəktə keçdi

Şəmkirdə 16 yaşlı qızın cinsi zorakılığa məruz qaldığı iddia edilir.

Bakıvaztı.az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü Aynurun (şərti) ailə üzvləri hadisə ilə bağlı polisə müraciət edib. İddia edilir ki, qıza qarşı bir neçə nəfər tərəfindən cinsi zorakılıq cəhdləri olub. 

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov  cavab olaraq bildirib ki, cinsi əlaqə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət daxil olub:

“Daxil olan müraciət əsasında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq olaraq təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Mövzu ilə əlaqədar araşdırma başladılıb. İddialarla bağlı ekspertiza təyin olunub. Ekspertizanın nəticəsi açıqlandıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026