• Bakı 19° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Rus idmançıların paxlava sevgisi

MƏDƏNİYYƏT

27 Sentyabr 2025 | 20:20 | Müəllif: Subhan Mahmudov

Rus idmançıların paxlava sevgisi

Qəbələdə keçirilən MDB ölkələrinin Oyunlarında iştirak edən Rusiya stolüstü tennisçiləri Yekaterina Drozdova və Amina İlimbetova Azərbaycan mətbəxindən, xüsusilə də paxlavadan heyranlıqla danışıblar.

Bakıvaxtı.az xəbər verir ki, idmançılar TASS-a açıqlamalarında yarışların yüksək səviyyədə təşkil olunduğunu, qidalanmanın isə onların gözləntilərini üstələdiyini bildiriblər.

“Hər şey çox dadlıdır, burada əla qidalanırıq. Azərbaycan paxlavasına isə sadəcə vurulmuşuq”, - deyə Yekaterina Drozdova qeyd edib.

Amina İlimbetova isə əlavə edib ki, şirniyyata olan sevgiləri məşqlərdəki intensiv yüklənmələrə mane olmur:

“Çox çalışırıq, ona görə paxlavanı çəkinmədən yeyə bilirik”.

Qeyd edək ki, Qəbələ hazırda MDB ölkələrinin Oyunlarına ev sahibliyi edir və müxtəlif idman növlərində gənc idmançıları bir araya gətirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026