• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Qaçqınkom"da büdcə yeyintisi aşkarlandı - Materiallar Baş Prokurorluğa göndərildi

HADİSƏ

05 Aprel 2021 | 15:17

"Qaçqınkom"da büdcə yeyintisi aşkarlandı - Materiallar Baş Prokurorluğa göndərildi

Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində satınalmalarla bağlı nöqsanlara dair materialları Baş Prokurorluğa göndərib.

Bakivaxti.az xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditi üzrə - malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq, dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrə materiallar Baş Prokurorluğa təqdim edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR