• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Parlament üzvü: WUF13-ün Azərbaycanda keçirilməsi təqdimat üçün vacibdir

SİYASƏT

20 May 2026 | 11:28

Parlament üzvü: WUF13-ün Azərbaycanda keçirilməsi təqdimat üçün vacibdir

Şəhərsalma Forumu COP-dan sonra əhəmiyyətinə və miqyasına görə dünyada ikinci ən böyük beynəlxalq tədbirlərdən biridir. Forumun məhz Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması ölkəmizə göstərilən etimadın və inamın bariz göstəricisidir.

Bu sözləri Bakıvaxtı.az-a deputat Azər Allahverənov deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq qlobal səviyyədə aktual mövzuların geniş müzakirəsi üçün əlverişli platforma yarada bilən ölkə kimi çıxış edir. Son illərdə, xüsusilə COP kimi böyük beynəlxalq tədbirlərin uğurla təşkili ölkəmizin bu sahədə etibarlı tərəfdaş və dialoq məkanı kimi mövqeyini daha da gücləndirib.

Deputat bildirib ki, dövlət başçısının Şəhərsalma Forumunun açılışında vurğuladığı kimi, Azərbaycanda indiyədək üç Şəhərsalma Forumu keçirilib və onların hamısı işğaldan azad olunmuş ərazilərdə təşkil olunub. Bu isə həmin ərazilərdə müasir şəhərsalma yanaşmalarının – “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının uğurla tətbiq olunduğunu nümayiş etdirir.

Həmsöhbətimiz qeyd edib ki, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə icra olunur və Azərbaycan modelinin formalaşmasına xidmət edir. Bu model artıq beynəlxalq səviyyədə də diqqət çəkən və öyrənilən təcrübəyə çevrilməkdədir.

Parlamentari söyləyib ki, Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi həm milli təcrübənin təqdimatı, həm də qlobal şəhərsalma prinsiplərinə sadiqliyin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu platforma müxtəlif ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və mübadiləsi üçün geniş imkanlar yaradır.

O, əlavə edib ki, Azərbaycanın Qlobal Cənub ölkələri, Türk Dövlətləri Təşkilatı və D-8 kimi platformalarda fəal iştirakı forumun beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini daha da artırır.

Deputatın sözlərinə görə, bu il ilk dəfə olaraq Şəhərsalma Forumları çərçivəsində QHT Forumunun da təşkili mühüm yenilikdir. Bu, vətəndaş cəmiyyəti institutlarının proseslərə daha fəal cəlb olunması baxımından önəmli addımdır.

Murad İsmayıl


SON XƏBƏRLƏR

20 May 2026