• Bakı 22° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

HADİSƏ

09 Dekabr 2021 | 09:37

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətdə olan “VAZ-21011” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.

Sürücü Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, E.Məmmədovun marixuanadan istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, noyabr-dekabr ayları ərzində Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən ümumilikdə 19 sürücü aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026