Çinin Çuntsin şəhərinin Ulun rayonunda binanın uçması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Dağıntılar altından çıxarılan 10 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, bina uçmasına ilkin səbəb kimi qaz sızması nəticəsində yaranan partlayış göstərilir.











jpg-1644140081.webp)




