q
  • Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Masallıda baş verən qəzada 18 yaşlı gənc ölüb - FOTO - YENİLƏNİB

HADİSƏ

19 Aprel 2026 | 11:08

Masallıda baş verən qəzada 18 yaşlı gənc ölüb - FOTO - YENİLƏNİB

Masallı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü şəxs (kişi) 18.04.2026-cı il tarixində saat 23:50 radələrində qapalı kəllə-beyin travması ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. 

    Məlumata görə, Komatoz vəziyyətdə olan şəxsə bütün zəruri reanimasiyon tədbirlərin göstərilməsinə baxmayaraq, 19.04.2026-cı il tarixində saat 00:09-da ölüm faktı qeydə alınıb.

    ***
    10:55


    Masallıda ağır qəzada 1 nəfər ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb. 

      Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

      Meyit aidiyyəti üzrə təhvil verilib.

      Faktla bağlı araşdırma aparılır. /Apa


      SON XƏBƏRLƏR

      20 Aprel 2026