q
  • Bakı 10° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Yaponiyada hərbi poliqonda PARTLAYIŞ - Ölənlər var

DÜNYA

21 Aprel 2026 | 09:11

Yaponiyada hərbi poliqonda PARTLAYIŞ - Ölənlər var

Yaponiya Özünümüdafiə Qüvvələrinin Oita prefekturasında yerləşən "Hidzuday" poliqonunda keçirilən hərbi təlimlər zamanı sursat partlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK telekanalı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə nəticəsində üç hərbçi həyatını itirib, daha bir nəfər isə xəsarət alıb. Məlumata görə, məşqlər tank bölməsi tərəfindən icra olunurdu.

Hazırda Yaponiyanın Özünümüdafiə Qüvvələri tərəfindən xəsarət alan hərbçilərin sağlamlıq vəziyyətləri, partlayışın başvermə səbəbləri və hadisənin digər detalları araşdırılır. Bu məqsədlə sözügedən əraziyə cavabdeh olan Qərb Ordusu qərargahının nümayəndələri hadisə yerinə ezam ediliblər.


SON XƏBƏRLƏR

20 Aprel 2026