q
  • Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Tural Gəncəliyev: "Baş verən bəzi hadisələr sülhə ciddi zərbə vurur"

SİYASƏT

21 Aprel 2026 | 11:13

Tural Gəncəliyev: Baş verən bəzi hadisələr sülhə ciddi zərbə vurur

Bəzi ölkələrin parlamentlərində qəbul edilən qətnamələr regionda gedən sülh prosesinə ciddi zərbə vurur və bu sənədlər Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri deputat Tural Gəncəliyev Milli Məclisin yaz sessiyasının plenar iclasında çıxışı zamanı deyib.

O hesab edir ki, həmin qətnamələr sinxron şəkildə qəbul olunub və bu da onların məqsədli xarakter daşıdığını göstərir.

Gəncəliyev bildirib ki, bu sənədlər Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilməlidir və ölkənin suverenliyinə hörmətsizlikdir. Buna görə də Azərbaycan tərəfi həmin mövqeyi qəti şəkildə rədd edir. Onun sözlərinə görə, bu məsələyə dair həm parlament səviyyəsində, həm də Xarici İşlər Nazirliyi tərəfindən rəsmi reaksiyalar verilib, xarici ölkələrin səfirləri çağırılaraq etiraz bildirilib.

Parlamentari vurğulayıb ki, həmin qətnamələrdə regionda müsbət dinamika, humanitar addımlar, o cümlədən, Azərbaycanın Ermənistana yönələn bəzi jestləri və yardımları əks olunmayıb. Bu isə sənədlərin qərəzli olduğunu göstərən əsas məqam kimi təqdim edilir.

Eyni zamanda o qeyd edib ki, demokratiya və insan hüquqlarından danışan bəzi Qərb ölkələrinin öz tarixi müstəmləkəçilik siyasəti və keçmişdə baş vermiş insan hüquqları pozuntuları diqqətdən kənarda qalır. Çıxışda Belçikanın Konqodakı müstəmləkəçilik dövrü və Niderlandın İndoneziyada apardığı siyasət nümunə kimi göstərilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Aprel 2026