q
  • Bakı 10° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Yaponiyada güclü zəlzələ: xəsarət alanlar var - VİDEO

DÜNYA

21 Aprel 2026 | 08:12

Yaponiyada güclü zəlzələ: xəsarət alanlar var - VİDEO

Yaponiyada güclü zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, “Kyodo” agentliyinin yaydığı məlumata əsasən, zəlzələ Sakit okeanda, Tohoku regionunun şərqində qeydə alınıb.

7,7 bal gücündə olan zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

Hadisədən sonra İvate, Aomori, Miyagi prefekturaları və Hokkaydo adasının cənubu üçün hündürlüyü 3 metrədək olan sunami təhlükəsi elan edilib.

Sahilə çatan dalğaların hündürlüyü isə 80 sm-ə qədər olub.

    Zəlzələdən sonra maqnitudası 5,4-ə çatan 9 afterşok qeydə alınıb.

    Seysmoloqlar yaxın bir həftə ərzində təkrar yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildirirlər.


    SON XƏBƏRLƏR

    20 Aprel 2026