q
  • Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Ən çox bahalaşan və ucuzlaşan məhsullar

CƏMİYYƏT

21 Aprel 2026 | 10:48

Ən çox bahalaşan və ucuzlaşan məhsullar

Bu ilin mart ayında Azərbaycanda ən çox meyvə və tərəvəz bahalaşıb, yumurta isə ucuzlaşıb.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mart ayında əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 3,6%, tərəvəzlərin qiyməti isə 3,2% artıb.

    Bununla yanaşı, balıq və balıq məhsulları 1,5%, süd və süd məhsulları 0,6%, çörək, çörək məmulatları və yarmalar 0,7% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsullarının qiyməti 0,2%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər, çay, qəhvə və kakao, həmçinin mineral sular və şirələr üzrə qiymətlər 0,3% artıb. Alkoqollu içkilər isə 0,5% bahalaşıb.

    Hesabat ayında ən çox ucuzlaşma yumurtanın qiymətində qeydə alınıb. Belə ki, mart ayında yumurtanın qiyməti fevral ayı ilə müqayisədə 2,9% azalıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.

    Qeyd edək ki, cari ilin mart ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,5% təşkil edib.


    SON XƏBƏRLƏR

    20 Aprel 2026