q
  • Bakı 10° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

“Böyük Qayıdış”: 332 nəfər Ağdama döndü - FOTOLAR

CƏMİYYƏT

21 Aprel 2026 | 08:07

“Böyük Qayıdış”: 332 nəfər Ağdama döndü - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə - 332 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


SON XƏBƏRLƏR

20 Aprel 2026