q
  • Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Azərbaycan-Belçika parlamentlərarası qrupunun fəaliyyəti dayandırıla bilər -TƏKLİF

SİYASƏT

21 Aprel 2026 | 11:17

Azərbaycan-Belçika parlamentlərarası qrupunun fəaliyyəti dayandırıla bilər -TƏKLİF

Azərbaycan-Belçika parlamentlərarası qrupunun fəaliyyətinin dayandırılması təklif edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin bugünkü plenar iclasında müzakirə zamanı deyib.

Belə ki, parlament üzvü Belçika parlamentində qəbul edilən Azərbaycanla bağlı qətnaməni tənqid edib.

O bildirib ki, sözügedən sənədin qəbul olunması üçün hər hansı ciddi əsasın olmaması təəssüf doğurur və qətnamə reallıqdan uzaq, ikili standartlara söykənən yanaşmanın nümunəsidir. Deputatın sözlərinə görə, Azərbaycana qarşı Ermənistan ərazilərinin guya işğal edilməsi ilə bağlı irəli sürülən iddialar əsassız və qərəzlidir.

Elçin Mirzəbəyli həmçinin qeyd edib ki, Belçika parlamentinin regionda gərginlik və hərbi risklərlə bağlı iddiaları da real vəziyyəti əks etdirmir. Onun fikrincə, son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr müşahidə olunur və bu fakt hətta Ermənistan tərəfi tərəfindən də etiraf edilir. O, bu cür yanaşmaların sülh prosesinə maneə yaratmaq və süni təhlükə görüntüsü formalaşdırmaq məqsədi daşıdığını iddia edib.

Deputat əlavə edib ki, qətnamənin sülh danışıqlarının davam etdiyi dövrdə qəbul olunması onun mahiyyətini daha aydın göstərir və bu addımın dialoqa kömək etmək deyil, əksinə, ona zərbə vurmaq məqsədi güddüyünü deyib.

Elçin Mirzəbəyli Belçika siyasi dairələrinin Azərbaycana qarşı uzunmüddətli qərəzli yanaşma sərgilədiyini də vurğulayıb və bu kontekstdə müxtəlif beynəlxalq platformalarda aparılan kampaniyaları xatırladıb.

Çıxışının sonunda deputat Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılmasını təklif etdiyini bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Aprel 2026