Son günlər havanın qəfil dəyişməsi təsadüf deyil… Bəlkə də səbəbsiz əsəbiləşməyinin, birdən-birə yorulmağının və ya içində izah edə bilmədiyin hisslərin arxasında məhz bu dayanır.
Bakıvaxtı.az xəbər verir ki, astroloqlara görə, hava şəraiti təkcə bədənimizə yox, bürclərin enerjisinə də güclü təsir edir.
Küləkli günlər əsəbləri gərir, yağışlı hava keçmiş xatirələri oyadır, günəşli günlər isə bəzilərini parladır, bəzilərini isə daha da yorur. Ən maraqlısı isə odur ki, hər bürc bu dəyişikliklərə fərqli reaksiya verir…
Qoç
Küləkli hava səni daha əsəbi edir. Kiçik şeylərə görə partlaya bilərsən.
Buğa
Buludlu hava enerjini aşağı salır. Özünü halsız və motivasiyasız hiss edə bilərsən.
Əkizlər
Dəyişkən hava sənin ruhuna uyğundur. Amma qərarsızlıq da artır.
Xərçəng
Yağışlı günlərdə nostalji hisslər güclənir. Keçmişi çox düşünə bilərsən.
Şir
Günəş çıxan kimi parlayırsan! Amma qapalı hava səni bezdirir.
Qız
Hava dəyişəndə sağlamlığına daha diqqətli olmalısan. Həssas olursan.
Tərəzi
Sərin hava səni sakitləşdirir, amma çox soyuq olarsa əhvalın düşür.
Əqrəb
Fırtınalı hava sənə qəribə şəkildə güc verir. Enerjin artır.
Oxatan
Yağış səni sıxır, açıq hava isə sanki həyatını dəyişir.
Oğlaq
Soyuq hava səni daha ciddi və qapalı edir.
Dolça
Küləkli hava yaradıcılığını artırır. Fikirlərin “uçur”.
Balıq
Rütubətli hava səni emosional edir. Hisslərin daha da dərinləşir.
Aynur Babazadə
Bakı 




