• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTOLAR

HADİSƏ

28 Yanvar 2023 | 09:55

Mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTOLAR

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd ərazisində yerləşən mağazadan oğurluq edən şəxs “isti izlərlə” saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, rayonun Aşağı Mehrablı kəndində yerləşən mağazaya naməlum şəxs və ya şəxslərin pəncərədən daxil olaraq həmin obyektdən oğurluq etməsi barədə polis əməkdaşlarına məlumat daxil olub. Məlumatla əlaqədar dərhal keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Pənah Həsənli “isti izlərlə” saxlanılıb. Onun danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsulları oğurlayaraq zərərçəkmişə müəyyən miqdarda ziyan vurduğu müəyyən edilib. Əşyaların bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTOLARMağazadan oğurluq edən şəxs saxlanıldı - FOTOLARMağazadan oğurluq edən şəxs saxlanıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026