Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb.
Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində rayonun Dağ Kəsəmən kəndinin sakinləri - 1987-ci il təvəllüdlü Orxan Rzayev və 1987-ci il təvəllüdlü Məhəmməd Xəlilov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
















