• Bakı 20° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakı-Qazax yolunda ağır qəza: sürücü öldü

HADİSƏ

28 Mart 2023 | 23:20 | Müəllif: Subhan Mahmudov

Bakı-Qazax yolunda ağır qəza: sürücü öldü

Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyunday Santa Fe" və "VAZ 2106" markalı avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, nəticədə "VAZ 2106" avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026