• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bakıda axtarışda olan oğru evi qarət etdi

HADİSƏ

25 Fevral 2023 | 20:49 | Müəllif: Subhan Mahmudov

Bakıda axtarışda olan oğru evi qarət etdi

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, fevralın 13-də Bakıxanov qəsəbəsindəki evlərin birindən pul və 3830 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş E.Eminov saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026