• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Kərim Vəliyevin EKSKLÜZİV FOTOSU - Qəhrəman general...  

SİYASƏT

28 Avqust 2026 | 15:57 | Müəllif: Əli Hüseynov

Kərim Vəliyevin EKSKLÜZİV FOTOSU - Qəhrəman general...

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin 2001-ci ildə korpus komandiri olduğu dövrə aid fotosu üzə çıxıb.

Bakıvaxtı.az-ın əldə etdiyi arxiv fotosunda Kərim Vəliyevin həmin dövrdə Azərbaycan Ordusunun korpuslarından birinə rəhbərlik etdiyi vaxt əks olunub.

Qeyd edək ki, Kərim Vəliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, hərbi təhsil alaraq müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin bir sıra hərbi hissə və birləşmələrində komandanlıq vəzifələrində xidmət edib.      

Vəliyev Azərbaycan Ordusunda müxtəlif yüksək vəzifələrdə, o cümlədən korpus komandiri, Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışıb. O, 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hərbi əməliyyatlarının idarə olunmasında iştirak edən yüksək rütbəli hərbçilərdən biri olub.   

Xatırladaq ki, Kərim Vəliyev müxtəlif illərdə general-mayor, general-leytenant və general-polkovnik hərbi rütbələrinə yüksəlib. O, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsini tutur.

Elcan Musalı


Kərim Vəliyevin EKSKLÜZİV FOTOSU - Qəhrəman general...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR