• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İstilərdən sonra GÜCLÜ YAĞIŞLAR gəlir? - Ekoloqdan PROQNOZ

CƏMİYYƏT

18 Sentyabr 2026 | 12:38 | Müəllif: Günəş Mərd

İstilərdən sonra GÜCLÜ YAĞIŞLAR gəlir? - Ekoloqdan PROQNOZ

Sentyabrın ortaları olmasına baxmayaraq, havanın hələ də isti keçməsi narahatlıq doğurur. Xüsusilə son illərdə havaların mövsümə uyğun dəyişməməsi bu vəziyyətin iqlim dəyişikliyi ilə əlaqəli olub-olmaması barədə suallar yaradır. Havaların nə zaman sərinləşəcəyi və qarşıdakı günlərdə temperaturun necə dəyişəcəyi isə maraq doğuran əsas məsələlərdəndir. 

Ekoloq Fikrət Cəfərov məsələ ilə bağlı Bakıvaxtı.az-a danışıb.

O bildirib ki, sentyabrın ortalarında havaların isti keçməsi qeyri-adi hal deyil. Onun sözlərinə görə, ötən illərdə də bu dövrdə yüksək temperatur müşahidə olunub.

Ekoloq qeyd edib ki, yaxın günlərdə temperaturun tədricən azalması və payız havasının başlaması gözlənilir. O, hazırkı hava şəraitinin birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirilməsinin doğru olmadığını vurğulayıb.

Fikrət Cəfərov, ekoloq

“Ən pis halda, sentyabrın sonu, oktyabrın əvvəlində güclü yağışların yağacağını gözləyirəm. Ancaq hazırda havanın temperaturu ilə bağlı ciddi problem görmürəm”, - deyə Fikrət Cəfərov bildirib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026