• Bakı 12° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Halsızlığın arxasında bu xəstəliklər dayanır…

CƏMİYYƏT

27 Mart 2026 | 19:11

Halsızlığın arxasında bu xəstəliklər dayanır…

Cəmiyyətdə tez-tez rast gəlinən halsızlıq şikayəti sadəcə yorğunluq kimi qiymətləndirilməməlidir. Mütəxəssislər bildirir ki, bu hal müxtəlif xəstəliklərin ilkin əlaməti ola bilər.

Bakıvaxtı.az-ın xəbərinəg görə, daxili xəstəliklər üzrə mütəxəssis Hüseyn Taşkıran qeyd edib ki, halsızlıq təkcə yoğun iş rejimi, yuxusuzluq və ya stresslə bağlı yaranmır. Bu vəziyyət Anemiya, Qalxanabənzər vəz xəstəlikləri, vitamin çatışmazlıqları, infeksiyalar və xroniki xəstəliklərlə də əlaqəli ola bilər. Bu səbəbdən uzunmüddətli halsızlıq mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

Mütəxəssis vurğulayır ki, halsızlıq gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı salır və fərqli sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

Ən çox rast gəlinən səbəblər arasında aşağıdakılar yer alır:
    •    Dəmir, B12 və D vitamini çatışmazlığı
    •    Tiroid funksiyalarının pozulması
    •    Qeyri-kafi və nizamsız qidalanma
    •    Keyfiyyətsiz yuxu
    •    Güclü stress və psixoloji faktorlar
    •    Xroniki xəstəliklər

Xüsusilə halsızlıq iki həftədən çox davam edərsə və başgicəllənmə, ürəkdöyünmə, çəki itkisi və ya iştahasızlıq kimi əlavə əlamətlərlə müşahidə olunarsa, vaxt itirmədən tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.

Halsızlığın qarşısını almaq üçün isə sağlam həyat tərzi əsas rol oynayır. Mütəxəssislər balanslı qidalanma, gündəlik 7–8 saat keyfiyyətli yuxu, müntəzəm fiziki aktivlik, kifayət qədər su qəbulu və stressin idarə olunmasını vacib hesab edir.

Qeyd olunur ki, sadə görünən halsızlıq əslində orqanizmin verdiyi ciddi siqnal ola bilər və erkən diaqnoz bir çox xəstəliklərin qarşısını almağa kömək edir.

Aynur Babazadə


SON XƏBƏRLƏR