• Bakı 11° C

    10.81 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Qobustanda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB

HADİSƏ

27 Mart 2026 | 17:19

Qobustanda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB

Qobustanda baş verən avtomobil qəzası zamanı avtomobillərin hərəkəti bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki, əraziyə polis əməkdaşları cəlb olunub. Tədbir görülərək qəzaya uğramış avtomobil ərazidən kənarlaşdırılıb. Avtomobillərin hərəkəti yenidən bərpa olunub.

    Hazırda yolun hərəkət hissəsində heç bir maneə yoxdur.

    ***

    16:53

    Qobustanda avtomobil qəzası baş verib, yol bağlanıb. Hadisə Bakı–Şamaxı Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində qeydə alınıb.

    Bakıvaxtı.az xəbər verir ki, Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu səbəbdən sözügedən istiqamətdə yol bir müddət bir tərəfli bağlanıb, çoxlu sayda avtomobil yolda qalıb.

    Dumanlı hava və bayram tətili səbəbindən regionlardan Bakıya qayıdan avtomobillərin hərəkətində böyük sıxlıq müşahidə edilir.

    Əraziyə cəlb olunan polis əməkdaşları qəzaya düşən nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənarlaşdırmağa və hərəkəti bərpa etməyə çalışırlar./APA


    SON XƏBƏRLƏR