• Bakı 11° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Yağıntılar bu tarixdə kəsəcək - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

27 Mart 2026 | 17:41

Yağıntılar bu tarixdə kəsəcək - RƏSMİ AÇIQLAMA

"Bakıda və Abşeron yarımadasında yağıntıların martın 28-də də gün ərzində davam edəcəyi, bəzi ərazilərdə isə intensiv xarakter alacağı gözlənilir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bu gün paytaxt Bakıda, Abşeron yarımadasında və eyni zamanda bölgələrdə intensiv xarakterli yağıntılar müşahidə olunur.

G.Məmmədova əlavə edib ki, yağıntıların 29-u gündüz saatlarından etibarən tədricən kəsiləcəyi proqnozlaşdırılır:

"Güclü yağıntılarla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində su basma hallarının olması istisna edilmir. Bölgələrdə də hazırda intensiv yağışlar müşahidə olunur. Dağlıq ərazilərdə - Qrız, Xınalıq və Şahdağ istiqamətlərində qar yağır. Ümumilikdə, 31-dək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olacaq. Xüsusilə şərq rayonlarında yağıntıların daha da güclənəcəyi ehtimal olunur. 31-i gündüz saatlarından isə yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır", - deyə direktor qeyd edib.


SON XƏBƏRLƏR