q
  • Bakı 13° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"Həzi Aslanov" stansiyasında mərmər çürüyüb – FOTOLAR

CƏMİYYƏT

26 Aprel 2026 | 16:19

Həzi Aslanov stansiyasında mərmər çürüyüb – FOTOLAR

Bakı metrosunun "Həzi Aslanov" stansiyasının divarlarından su sızır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı tanınmış memar Elçin Əliyev paylaşım edib.

Onun sözlərinə əsasən, su divarlara uzun müddətdir ki, daxil olur:

"Memar kimi platforma interyerlərinin vəziyyəti məni dəhşətə gətirdi. Perron boyunca divarlarda suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətləri görünür. Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur, bu, heç də bir ilin problemi deyil.

İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısaqapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi.

Maraqlıdır, hidroizolyasiya işlərini keyfiyyətsiz yerinə yetirən tikintiçilər cinayət məsuliyyətinə cəlb olunacaqlarmı? Yoxsa adətən olduğu kimi, yenə hər şeyi "fövqəladə təbii hadisələrin" üzərinə yazacaqlar?"


SON XƏBƏRLƏR

25 Aprel 2026