Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və rayon icra hakimiyyətinin əməkdaşları əraziyə cəlb olunublar.
Məlumatda qeyd olunub ki, hazırda birgə xilasetmə tədbirləri həyata keçirilir.
***
13:37
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar.
Bakıvaxtı.az-ın məlumatına görə, rayon sakinləri olan bir neçə nəfər Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə balıqçılar Kürün ortasındakı adada qalıblar.
Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib. Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır./Unikal
Bakı 




