Astrologiyaya görə bəzi bürclər pul məsələsində daha ehtiyatlı və qənaətcil davranır. Onların xərcləmə vərdişləri isə tez-tez diqqət mərkəzinə düşür.
Bakıvaxtı.az xəbər verir ki, astroloji şərhlərdə bürclərin xarakter xüsusiyyətləri ilə yanaşı, maliyyə idarəetmə bacarıqları da geniş müzakirə olunur. Mütəxəssislərin fikrincə, bəzi bürclər xərclərini ciddi nəzarətdə saxlayır və bu davranış bəzən “xəsislik” kimi qiymətləndirilir.
Astroloji yanaşmalara əsasən, pul yığmaq və xərcləmək vərdişləri bürcdən-bürcə dəyişir. Xüsusilə bəzi bürclər maddi təhlükəsizliyə böyük önəm verdikləri üçün xərclərini minimum səviyyədə saxlamağa üstünlük verirlər.
Bu baxımdan ən xəsishesab olunan 4 bürc belə sıralanır:
Oğlaq bürcü
Nizam-intizamlı xarakteri ilə seçilən Oğlaq bürcü pul məsələsində son dərəcə planlı davranır. Lazımsız xərclərdən qaçır və uzunmüddətli yığıma üstünlük verir.
Qız bürcü
Detallara diqqət edən və hesablı davranan qız bürcü büdcə nəzarətini heç vaxt əldən vermir. Hətta ən kiçik xərci belə analiz edə bilər.
Buğa bürcü
Maddi sabitliyə böyük önəm verən Buğa bürcü pulu asanlıqla xərcləmir. Xərclədikdə isə qarşılığını maksimum dərəcədə almağa çalışır.
Əqrəb bürcü
Nəzarətçi təbiəti ilə tanınan Əqrəb bürcü maliyyə məsələlərində ehtiyatlıdır. Pul idarəçiliyində gizlilik və təhlükəsizlik onun üçün ön plandadır.
Aynur Babazadə
Bakı 




