Ağ Ev və Pentaqon yaxın günlərdə Yaxın Şərqə ən azı 10 min əlavə əsgər göndərməyi nəzərdən keçirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Wall Street Journal” ( WSJ ) və “Axios” məlumat yayıb.
"WSJ" qəzeti Müdafiə Nazirliyinin rəsmilərinə istinadən yazır ki, məqsəd Donald Trampa daha çox hərbi seçim təklif etməkdir.
"WSJ"nin məlumatına görə, piyada və zirehli texnikadan ibarət bu qüvvələr, bölgədə yerləşdirilən 82-ci Hava-Desant Diviziyasından 5000 dəniz piyadası və minlərlə paraşütçüyə əlavə olaraq yerləşdiriləcək.
Qəzet əlavə edir ki, qüvvələrin Yaxın Şərqdə harada yerləşdiriləcəyi dəqiq məlum deyil, lakin onlar, çox güman ki, İran və İran sahillərində neft ixracı üçün əsas mərkəz olan Xarq adasına yaxın məsafədə olacaqlar. Bu, ABŞ-nin İranda quru əməliyyatına ciddi şəkildə hazırlıq görüldüyünün daha bir əlaməti kimi şərh olunur.
Aydın Baxış
***
10:07
ABŞ İrana qarşı quru əməliyyatına başlamaq haqqında qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "New York Times" nəşri məlumat yayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp İranın enerji infrastukturuna zərbə endirilməsini 7 aprelə qədər dayandırdığını açıqlamış və bunu aparılan danışıqlarla əlaqələndirmişdi.
Bakı 




