İranın mərkəzi hissəsində yerləşən Qum şəhərinin yaşayış məntəqəsinə endirilən hava zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qum əyalətinin qubernatorunun nümayəndəsi bildirib.
"Qumda yaşayış məhəlləsinə endirilən zərbə nəticəsində azı altı nəfər həyatını itirib", - deyə o qeyd edib.
Rəsmi şəxsin məlumatına görə, bombardman obyekti olan Pardisan məhəlləsində üç yaşayış binası ciddi dağıntılara məruz qalıb. Xəsarət alanların sayı barədə məlumat yoxdur.
İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin gecə bombardmanı zamanı da bir neçə nəfər öldürülüb və yaralanıb. Xilasedicilər zərbədən sonra dağıntıların təmizlənməsi işlərini davam etdirirlər.
Bakı 




