• Bakı C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İstirahət mərkəzində YANĞIN

HADİSƏ

27 Mart 2026 | 10:40

İstirahət mərkəzində YANĞIN

Zaqatalada istirahət mərkəzində yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, yanğın martın 26-dan 27-nə keçən gecə rayonun Qazangül qəsəbəsi ərazisində yerləşən "Hope Lake" ailəvi istirahət mərkəzində baş verib.

Belə ki, ümumi sahəsi 100 kv/m-dən çox olan mətbəx binasında meydana gələn yanğının genişlənərək yaxınlıqdakı kottec və tikililərə keçməsinin qarşısı dərhal alınıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində ailəvi istirahət mərkəzinin mətbəx binasının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Mart 2026