ABŞ Prezidenti Donald Tramp İranın enerji obyektlərinə zərbələrin daha 10 gün müddətinə dayandırılması barədə göstəriş verdiyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran hökumətinin xahişi ilə [İranın] enerji obyektlərinin məhv edilməsi mərhələsini 10 gün müddətinə – bazar ertəsi, 6 aprel 2026-cı il, Şərq vaxtı ilə saat 20:00-a (Bakı vaxtı ilə 7 aprel saat 04:00 – red.) qədər dayandırıram. Danışıqlar davam edir və yalançı media və digərləri tərəfindən iddia edilən fikirlərə baxmayaraq, onlar çox yaxşı gedir", - deyə Tramp qeyd edib.
Bakı 




