• Bakı 10° C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Tramp geri çəkilir, “İran qalibdir” - Britaniya nəşri

DÜNYA

27 Mart 2026 | 01:06

Tramp geri çəkilir, “İran qalibdir” - Britaniya nəşri

ABŞ-nin müharibədən çıxmaq niyyətində olduğu ilə bağlı iddialar güclənir.

Bakıvaxtı.az xəbər verir ki, The Independent nəşri İranın mövcud qarşıdurmada daha üstün mövqedə olduğunu yazıb.

Qəzetin təhlilinə görə, ABŞ prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün addımlar atır və bu, Vaşinqtonun strateji zəifləməsi kimi qiymətləndirilir.

Bildirilir ki, ABŞ daxilində benzinin qiymətinin kəskin artması administrasiyaya ciddi təzyiq yaradır. Bu səbəbdən Tramp münaqişəni tezliklə bitirmək istəyir.

Nəşr qeyd edir ki, bu yanaşma İsrail üçün risklidir. Belə ki, ABŞ-nin geri çəkilməsi Benyamin Netanyahu hökumətini regionda çətin vəziyyətdə qoya bilər.

Təhlildə vurğulanır ki, Trampın sülh təşəbbüsləri əslində müharibəni davam etdirmək imkanlarının məhdudlaşdığını göstərir və bu, İranın mövqeyini gücləndirən əsas amillərdən biri hesab olunur./Musavat.com 


SON XƏBƏRLƏR

26 Mart 2026