Rusiya Müdafiə Nazirliyi bu gecə 85 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya tərəfi təfərrüatlar verməsə də, bir neçə dronun Rusiya-Ukrayna sərhədinə yaxın vilayətlər və ya ərazilər (Bryansk, Belqorod, Qara dəniz, Krım) üzərində vurulduğunu bildiriblər. Digərləri isə daha dərinə nüfuz edib: ölkənin şimal-qərbində, Pskov (Estoniya və Latviya ilə həmsərhəd), Leninqrad (Finlandiya və Estoniya ilə həmsərhəd) və Voloqda vilayətləri üzərində, mərkəzə doğru isə Moskva vilayəti üzərində dronlar görünüb.
Rusiya Müdafiə Nazirliyi dəymiş ziyan barədə məlumat verməyib.
Aydın Baxış
Bakı 




