• Bakı C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Kürdəmirdə magistral su xətti partladı - Kəndlər susuz qaldı

CƏMİYYƏT

27 Mart 2026 | 09:40

Kürdəmirdə magistral su xətti partladı - Kəndlər susuz qaldı

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-də rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza diametri 55 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmalar baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.

Qeyd edə ki, Külüllü -Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinini içməli su ilə təmin edir./Report


SON XƏBƏRLƏR

26 Mart 2026