Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Rusiya ordusunun sıralarında döyüşlərdə iştirak edən İsrafil Zülfüqarov həyatını itirib.
Onun nəşi ailəsinə təhvil verilib. Əslən Astara rayonundan olan Rusiya vətəndaşı İ.Zülfüqarov 2024-cü ilin mayında zorla müharibəyə göndərilmişdi. Həmin vaxtdan ondan xəbər yox idi.
Qeyd edək ki, İ.Zülfüqarov 2020-ci ildə 44 günlük müharibə zamanı 2 ay müdafiə zonasında xidmət edib.
Bakı 





