• Bakı 10° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Futbolda yeni QAYDALAR - FİFA açıqladı

İDMAN

26 Mart 2026 | 22:22

Futbolda yeni QAYDALAR - FİFA açıqladı

FİFA futbolda bir sıra yeni qaydalar açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu qaydalar 2026-cı il dünya çempionatından etibarən tətbiq ediləcək.

Yeni qaydalara əsasən:

- Əgər əvəzedici oyunçu meydanı 10 saniyə ərzində tərk etməzsə, onu əvəz edən futbolçu meydana daxil olmazdan əvvəl bir dəqiqə gözləməli olacaq.
- Tibb heyəti tərəfindən müalicə olunan futbolçu bir dəqiqə ərzində meydandan kənarda qalmalı olacaq.
- VAR sisteminə ikinci sarı vərəqələr və mübahisəli künc zərbələri ilə bağlı epizodları nəzərdən keçirmək səlahiyyəti veriləcək.
- Oyunçular topun oyuna daxil edilməsi və ya qapıdan zərbə zamanı vaxt itirərsə, hakim beş saniyəlik geri sayım tətbiq edəcək.
- Qayda pozuntusu halında top rəqib komandaya veriləcək: yan xəttdən oyuna daxil etmə və ya künc zərbəsi ilə.


SON XƏBƏRLƏR