Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd edilib ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.
"Mesajların ötürülməsini həyata keçirən vasitəçi ölkələr var və irəliləyiş, müəyyən konkret irəliləyiş əldə olunub", - ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib.
Bununla belə, telekanal qeyd edib ki, Rubio İran tərəfində dialoqun məhz kiminlə aparıldığını açıqlamayıb. O vurğulayıb ki, danışıqlar prosesi "fasiləsiz və dinamik xarakter" daşıyır.
Dövlət Departamentinin rəhbəri həmçinin hesab edib ki, digər ölkələr Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasında maraqlı olmalıdırlar.
"Digər dövlətlər oradan bizə nisbətən xeyli çox yanacaq əldə edirlər", - ABŞ Dövlət katibi bildirib.
Bakı 




