• Bakı C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İstanbulda “STRATCOM” sammiti keçirilir 

DÜNYA

27 Mart 2026 | 11:40

İstanbulda “STRATCOM” sammiti keçirilir 

İstanbulda 37 ölkədən 159 yüksək səviyyəli nümayəndənin iştirakı ilə “STRATCOM” sammiti öz işinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, İstanbulun qlobal kommunikasiya mərkəzinə çevrilməsi hədəfi ilə təşkil olunan zirvə “strateji kommunikasiya” mövzusuna həsr olunub.

Zirvədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın, Prezident Aparatının Kommunikasiya İdarəsinin sədri Burhaneddin Duran iştirak edəcəklər.

Azərbaycanı bu tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təmsil edəcək.

Tədbir çərçivəsində Türkiyənin vasitəçilik rolu, yeni nəsil təhlükəsizlik arxitekturası, kiber diplomatiya və qlobal etimad böhranı kimi dünya nizamını formalaşdıran mühüm mövzular ən yüksək səviyyədə müzakirə olunacaq.

Sammit 2 gün davam edəcək.


SON XƏBƏRLƏR

26 Mart 2026