• Bakı 10° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

DÜNYA

26 Mart 2026 | 21:44

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Kanada Rusiyanın "kölgə donanması" ilə əlaqəli gəmilərə qarşı növbəti sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin (XİN) saytındakı bəyanatda bildirilir.

"Rusiyanın qüvvədə olan sanksiyalardan yayınmasına qarşı tədbirlərin gücləndirilməsini davam etdirmək məqsədilə Kanada öz sanksiya siyahısına Rusiyanın "kölgə donanması"na aid daha 100 gəmi daxil edir", - qurumun məlumatında qeyd olunub.

Kanada XİN-dən qeyd edilib ki, Rusiya neft və qazdan əldə etdiyi gəlirlər hesabına Ukraynaya qarşı müharibəni maliyyələşdirməkdə davam edir. Qurumun iddiasına görə, Rusiya bu gəlirləri sanksiyalardan yayınaraq, malların və xammalın, o cümlədən xam neftin dünyanın müxtəlif ölkələrinə daşınması üçün gəmilər və köməkçi təşkilatlar şəbəkəsindən, əsasən də, neft tankerlərindən istifadə etməklə əldə edir.

"Bu sanksiyalar Rusiyanın hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır", - məlumatda vurğulanıb.


SON XƏBƏRLƏR