• Bakı 12° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

ABŞ və İran Pakistan vasitəsilə dolayı yolla danışıqlar aparır

DÜNYA

26 Mart 2026 | 15:22

ABŞ və İran Pakistan vasitəsilə dolayı yolla danışıqlar aparır

Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ və İran arasında dolayı danışıqların ölkəsi vasitəsilə aparıldığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, media Yaxın Şərqdəki münaqişənin həlli üzrə sülh danışıqları ilə bağlı əsassız spekulyasiyalar yayır:

"Əslində, ABŞ və İran arasında dolayı yolla danışıqlar Pakistan vasitəsilə mesaj mübadiləsi yolu ilə aparılır. Bu kontekstdə ABŞ hazırda İran tərəfindən nəzərdən keçirilən 15 bənddən ibarət sənəd təqdim edib".

İ.Dar əlavə edib ki, Türkiyə və Misir də bu təşəbbüsü dəstəkləyir.


SON XƏBƏRLƏR

25 Mart 2026