• Bakı 13° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Türkiyə MN-dən XƏBƏRDARLIQ: Dron hücumları...

SİYASƏT

26 Mart 2026 | 13:20

Türkiyə MN-dən XƏBƏRDARLIQ: Dron hücumları...

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə risk yaranmaması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır və zəruri xəbərdarlıqlar edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsində intensiv istifadə olunan pilotsuz dəniz dronlarının idarəetməni itirməsi nəticəsində Qara dənizdə yaratdığı riskləri yaxından izləyir:

"Hərbi Dəniz Qüvvələri Komandanlığımıza bağlı birliklər Qara dənizdəki ərazi sularımızın qorunması məqsədilə fəaliyyətlərini davam etdirir".

Qeyd edək ki, bu gün Qara dənizdə türkiyəli ekipaj üzvlərinin olduğu "ALTURA" neft tankeri pilotsuz kater hücumuna məruz qalıb.


SON XƏBƏRLƏR

25 Mart 2026