• Bakı 18° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

BNMİ-dən əməliyyat: 10 kq narkotik aşkarlanıb

HADİSƏ

26 Mart 2026 | 13:36 | Müəllif: Əli Hüseynov

BNMİ-dən əməliyyat: 10 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunmuş Tural Abdullayev, Murad Tağıyev, Turan Quliyev, Ceyhun Məmmədov, İsa Heydərov və Dövlət Dövlətov saxlanılıblar.

    Onlardan ümumilikdə 10 kiloqramdan artıq heroin, metamfetamin, marixuana və 1727 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR