• Bakı 12° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

 Ukrayna Yaxın Şərq ölkələri ilə daha sıx hərbi əməkdaşlıq istəyir

DÜNYA

26 Mart 2026 | 12:48

 Ukrayna Yaxın Şərq ölkələri ilə daha sıx hərbi əməkdaşlıq istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin İranın hücumlarının qarşısının alınması məqsədilə Yaxın Şərq ölkələrinin ərazisindəki ABŞ bazalarına kömək ilə bağlı Kiyevə müraciət etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.

"ABŞ Yaxın Şərq ölkələrinin ərazisindəki bazaları ilə bağlı bizə müraciət edib. Bizə həmçinin Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya və Küveyt də müraciət edib. Bəziləri ilə artıq işləyirik və ekspert komandalarımız artıq yerindədir, vəziyyəti qiymətləndirir, dəyərli təcrübələrini bölüşürlər. Çünki Yaxın Şərqdə nə qədər "Patriot", "THAAD" və digər hava hücumundan müdafiə (HHM) sistemləri olsa da, bu, HHM-nin tam şəkildə fəaliyyət göstərməsi üçün kifayət deyil", - Zelenski yazıb.

Onun sözlərinə görə, hazırda Ukraynada olan bəzi vasitələrin gələcək tədarükü barədə danışıqlar aparılır:

"Biz istəyirik ki, Yaxın Şərq ölkələri bizə də güclənmək imkanı versinlər. Onlarda HHM üçün bizim çatışmayan bəzi raketlərimiz var. Biz bu barədə razılığa gəlmək istərdik".


SON XƏBƏRLƏR

25 Mart 2026