Gəncənin Cavad Xan qəsəbəsindən sürücü "Reno Meqan" markalı avtomobilin idarə etməsini itirib.
Bakıvaxtı.az xəbər verir ki, avtomobil yoldan çıxaraq səkidəki ağacları sındırıb.
İlkin məlumata görə, qəza nəticəsində 9 yaşlı Y. Hümbətov, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur.
Faktla bağlı araşdırma başlanılıb. / Telegraf
Bakı 




