Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin dəniz dronu ilə vurulduğu düşünülür.
Bakıvaxtı.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Rusiyada xam neft yükləmiş, xarici bayraq altında üzən gəminin heyətinin türk olduğu bilinir.
***
09:18
ABŞ-İsrail və İran arasındakı müharibənin 27-ci günündə bölgədə Türkiyəni sarsıdan hadisə baş verib.
Bakıvaxtı.az "Haberler.com"a istinadən xəbər verir ki, "Altura" adlı Türkiyə neft tankerinə dron çırpılıb.
Məlumata görə, 140 min ton neft daşıyan tanker zərbədən sonra su almağa başlayıb.
Hadisə İstanbul boğazına 26 kilometr qalmış qeydə alınıb. Gəminin göyərtəsinə və mühərrik otağına ciddi ziyan dəysə də, göyərtədəki 27 nəfərlik türk heyətinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisədən dərhal sonra gəmi təcili yardım çağırışı edib.
Sahil Təhlükəsizliyi Baş İdarəsinin qrupları artıq gəmiyə çataraq müdaxiləyə başlayıblar. Baş verənlərin qəsdən törədilmiş bir hücum olub-olmadığı hələlik müəyyənləşməyib.
Rəsmi qurumlar hadisə ilə bağlı hələlik geniş açıqlama verməyiblər.
Bakı 




