• Bakı 12° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

DÜNYA

26 Mart 2026 | 10:35

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Tbilisi və Batumi şəhərlərində 41 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

    Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, Əlcəzair, Çin, Özbəkistan, Yəmən, İordaniya və İraq vətəndaşları olan həmin şəxslərin Gürcüstanda qanuni əsas olmadan yaşadıqları müəyyən edilib.

    Əcnəbilər DİN-nin Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Hazırda onların Gürcüstandan deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.


    SON XƏBƏRLƏR

    25 Mart 2026