• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"H9N2" quş qripi virusuna ilk yoluxma halı İtaliyada aşkar edilib

DÜNYA

25 Mart 2026 | 19:21

H9N2 quş qripi virusuna ilk yoluxma halı İtaliyada aşkar edilib

İtaliya Səhiyyə Nazirliyi Avropada insanın "H9N2" quş qripi virusuna ilk yoluxma halının qeydə alındığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Lombardiyanın şimal bölgəsində qeydə alınıb.

İnfeksiyanın Avropadan kənar bir ölkədə "yoluxmuş quş əti və ya çirklənmiş mühit və ya materiallarla birbaşa təmas yolu ilə" baş verdiyi deyilir.

"Zəifləmiş, yanaşı xəstəlikləri olan bir şəxsdə heyvan mənşəli aşağı patogenlikli quş qripi A(H9N2) virusu aşkar edilmişdir. Hazırda o, xəstəxanadadır. Bütün zəruri testlər dərhal aparılıb və onunla əlaqə saxlayan şəxslər adi profilaktik və epidemioloji tədbirlər çərçivəsində müəyyən edilib. Hazırda heç bir ciddi problem aşkarlanmayıb və vəziyyət nəzarət altındadır", - deyə açıqlamada bildirilir.

Həmçinin qeyd olunur ki, virusun insanlarda yaratdığı xəstəlik yüngül formada keçir və virusun insandan insana ötürülməsi halları əvvəllər qeydə alınmayıb.


SON XƏBƏRLƏR

24 Mart 2026