• Bakı 20° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İsmayıllıda 6 otaqlı ev YANDI

HADİSƏ

26 Mart 2026 | 00:26 | Müəllif: Subhan Mahmudov

İsmayıllıda 6 otaqlı ev YANDI

İsmayıllı rayonu ərazisində güclü yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Cülyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Bayramov Vüsal Vəli oğluna məxsus 6 otaqlı yaşayış evində yanğın baş verib.

Hadisə yerinə cəlb olunan İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb. Faktla bağlı araşdırma aparılır./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026