• Bakı 13° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Ağdamda bir nəfər minayadüşüb - YENİLƏNİB

SİYASƏT

26 Mart 2026 | 14:39

Ağdamda bir nəfər minaya düşüb - YENİLƏNİB

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq ANAMA-dan məlumat verilib.

1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

***

14:13

Ağdamda Yusifcanlı kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.

Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yüsifcanlı kəndi ərazisində baş verib.

Hazırda ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) əməkdaşları minaya düşərək xəsarət alan şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.

Faktla bağlı araşdırma başlanılıb.


SON XƏBƏRLƏR

25 Mart 2026