• Bakı 12° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Türkiyəyə məxsus 2 təyyarə İranda qalıb

DÜNYA

26 Mart 2026 | 11:52

Türkiyəyə məxsus 2 təyyarə İranda qalıb

Türkiyəyə məxsus 2 sərnişin təyyarəsi İranda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

    O bildirib ki, müharibə başlayanda İranda olan 2 təyyarənin ekipajı Türkiyəyə təxliyyə edilib. Nazir əlavə edib ki, daha bir sərnişin təyyarəsi isə İraqda gözləmə mövqeyindədir:

    “İki təyyarəmiz İranda, bir təyyarəmiz isə İraqdadır. Müharibə başlayanda təyyarələr orada qaldı, heyətləri isə Türkiyəyə gətirildi. Təyyarələr müharibə bitdikdən sonra Türkiyəyə gətiriləcək”, – Uraloğlu qeyd edib. /apa


    SON XƏBƏRLƏR

    25 Mart 2026