Ölkəyə qarşı quru əməliyyatı başlasa, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb.
“Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ-ın İranın Xark adasını ələ keçirmək üçün desant əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.
Qeyd edək ki, daha əvvəl İran dövlət televiziyası quru əməliyyatın başladığı təqdirdə İran ordusunun BƏƏ və Bəhreynin sahil xəttini nəzarətə götürməyə və bölgəni dəyişdirməyə hazır olduğunu açıqlamışdı./Axar.az
Bakı 




